Reklam verin!

Gəncədə sahibkarlara süni maneələr yaradılır

Yazar: businessline @ Oktyabr 6, 2008 0:27

Gəncədə sahibkarlara süni maneələr yaradılırQayNar: Gəncədə sahibkarlıqla məşqul olan qadınların sayı 40 faiz artıb. Lakin hələ də sahibkarlara suni maneələr yaradılır.
Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayevanın "Qaynar.info"-ya verdiyi məlumata görə, Gəncədə sahibkarlıqla məşqul olmaq istəyən qadınların sayı sayı 1850 nəfər idisə, indi bu rəqəm 2500-ə çatıb: "Təkcə hər ay Gəncədə 18 nəfər qadın sahibkar kimi fəaliyyətə başlayır. Qadınlar əsasən xidmət sahələrində öz bizneslərini qurublar. Son 9 ayda qadın sahibkarlığının inikşafı nəticəsində 600 nəfər işlə təmin olunub. Lakin buna baxmayaraq Gəncə şəhərində fiziki şəxslərdən fərqli olaraq, hüquqi şəxslərin sahibkarlıqla məşqul olmasında müəyyən problemlər var."
Zemfira Ağayeva bilddirir ki, Daşınmaz Əmlakın İdarə olunması və 7-saylı  Əmək Müfəttişliyi tərəfindən sahibkarlıqla məşqul olan qadınlara suni maneələr yaradılır. Bundan başqa yeni iş qurmaq istəyən sahibkarlara banklardan kreditin verilməsində də bəzi çətinliklər var.
Məlumat üçün bildirək ki, 2001-ci ildə yaradılan Sahibkar Qadınlar Birliyinin respublikada 12 nümayəndəliyi fəaliyyət göstərir. Bu illər ərzində qadın iş adlamlarına Sahibkarlara Kömək Milli Fondu Tərəfindən 7 milyon manat dəyərində kredit verilib.

Xəbər Line | Şərhlər(0)
Baxış sayı: 36
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha