Azərbaycanda İnternet şəbəkəsinin təhlükəsizliyinə nəzarət edəcək struktur yaradılacaq
Yaxın günlər ərzində Azərbaycanda İnternet şəbəkəsində təhlükəsizliyin təmin edilməsinə dair müvafiq struktur yaradılacaq.![]()
Bu barədə «APA-ECONOMICS»ə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.
İ.Məmmədovun sözlərinə görə, bu cür strukturun Azərbaycanda yaradılması bu sahədə mövcud olan problemləri konkretləşdirəcək: «Yaxın günlərdə belə bir qurumun yaradılacağı gözlənilir».
Qeyd edək ki, Azərbaycan bu il kibercinayətkarlıqla mübarizə konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq, Azərbaycanda İnternet məkanına nəzarət edən qurumun yaradılması nəzərdə tutulur.


