Reklam verin!

MDB ölkələri arasında istehsal və xidmətlər üzrə müsabiqə keçirilir

Yazar: businessline @ Sentyabr 15, 2008 19:12

Qaliblər 2009-cu ilin sonunda bilinəcək

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında istehsal və göstərilən xidmətlər üzrə keyfiyyət sahəsində əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqə keçirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, müsabiqə 2 mərhələdə keçirilir. Müsabiqənin birinci mərhələsi MDB üzv dövlətlərinin milli orqanları tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar müsabiqənin qaydalarına müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu Agentliyə təqdim etməlidirlər. Agentlik tərəfindən 2009-cu ilin yanvarın 1-dək müsabiqənin qalibləri respublika səviyyəsində xüsusi komissiya tərəfindən müəyyən ediləcək. Birinci mərhələnin qaliblərinin ikinci mərhələdə iştirakı üçün qaliblər haqqında məlumatlar və sənədlər toplusu Agentlik tərəfindən Dövlətlərarası Şuraya təqdim edilir. Müsabiqənin ikinci mərhələsi Dövlətlərarası Şura tərəfindən həyata keçiriləcək və 2009-cu ilin dekabr ayında MDB üzv dövlətləri arasında qaliblər müəyyən ediləcək.   /  LENT.AZ

Xəbər Line | Şərhlər(0)
Baxış sayı: 48
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha