Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək
Bu ilin sentyabr ayının 23-də Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə Bakıda IX Azərbaycan-Almaniya biznes-forumu keçiriləcək.
DAWF-ın Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Almaniyanın Baden Vürttemberq Torpağının iqtisadiyyat nazirinin müavini Hans Freudenberqin başçılığı altında nümayəndə heyəti, o cümlədən tikinti, kənd təsərrüfatı, infrastruktur, geyim, tibb, nəqliyyat və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak edəcəklər. Forum çərçivəsində Almaniya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşləri əhatə edən əlaqələr və əməkdaşlıq birjası da keçiriləcək.


