Reklam verin!

Müharibə əlilləri üçün Prezident təqaüdü təsis edildi

Yazar: businessline @ Sentyabr 10, 2008 14:49

Azərbaycan Prezidenti İlham Əliyev müharibə əlillərinə Prezident təqaüdünün təsis edilməsi haqqinda fərman imzalayıb. 

Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilib: 

I qrup müharibə əlillərinə – 90 manat 
II qrup müharibə əlillərinə – 70 manat 
III qrup müharibə əlillərinə – 50 manat. 

Bu Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüd dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. 

Xəbər Line | Şərhlər(0)
Baxış sayı: 54
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha