Dünyanın sonu, yoxsa əvvəli?
![]() |
« Böyük andron kollayderi» işə salınır
Bəzilərinin dünyanın sonu, digərlərinin isə dünyanın əvvəli adlandırdıqları “Böyük andron kollayderi” bu gün işə salınır. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Nüvə Tədqiqatları Təşkilatı tərəfindən hazırlanan elementar hissəciklərin tezləşdiricisi qurğusunda eksperiment aparılacaq. Hələlik bu, qurğunun iş qabiliyyətini yoxlayacaq sınaq olacaq. Eksperiment özü isə oktyabrın 21-də keçiriləcək.
İsveçrə və Fransa ərazisində yaradılan “Böyük andron kollayderi”nin dünyada analoqu yoxdur. Uzunluğu 27 kilometr olan dairəvi qurğu 100 metr dərinlikdə tikilib. Alimlər qarşılıqlı proton axınlarını qurğudakı 120 güclü elektromaqnitin köməyi ilə işıq sürətinə qədər sürətləndirməyi nəzərdə tuturlar.
Protonların toqquşmasını minlərlə qurğu qeydə alacaq. Alimlər bu toqquşmanın 13,7 milyard il baş verən “Böyük partlayış”ın miniatürü olacağını və Kainatın yaranmasının sirlərini açmağa kömək edəcəyini düşünürlər. Bəzi alimlər isə təhlükəli eksperimentin dünyanın yaranmasını öyrənmək əvəzinə onun məhvinə səbəb olacağını iddia edirlər. Onların sözlərinə görə, proton axınlarının sürətlə toqquşması nəticəsində yaranacaq boşluq Yer kürəsini, ən azı Fransa və İsveçrəni “uda” bilər.
Qeyd edək ki, “Böyük andron kollayderi”nin yaradılması üçün 10 milyard dollar və 20 il vaxt tələb olunub.