Ağstafada tikiş fabriki istifadəyə verilib
![]() |
Ağstafa rayonunda tikiş fabriki istifadəyə verilib. Bu barədə Lent.az-a rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarov məlumat verib.
Onun sözlərinə görə, hələlik 500 nəfərin bir növbədə çalışdığı müəssisənin avadanlıqları Türkiyədən gətirilib və müasir beynəlxalq standartlara tam cavab verir. Tatarov yeni istifadəyə verilən fabrikdə kostyum və köynəklərin, məktəbli dəstlərinin, ayrı-ayrı müəssisələr üçün uniformaların tikiləcəyini əlavə edib. Onun sözlərinə görə, yaxın gələcəkdə müəssisədə iş rejimi iki növbəli olduqdan sonra daha 500 nəfər yeni iş yeri ilə təmin olunacaq. Məlumat üçün bildirək ki, Ağstafa Tikiş fabriki “Akkord” Şirkətlər qrupu tərəfindən inşa olunub.



